Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub
“Qəbələ”nin U-17 komandası III turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.
