“Qəbələ”nin baş məşqçisi rəhbərlikdən yeni transferlər istəyib.
Korner.az-ın məlumatına görə, rusiyalı mütəxəssis qapı xətti istisna olmaqla, bütün mövqelərə futbolçunun alınmasını tələb edib.
Bu isə o deməkdi ki, “Qəbələ” qışda ən azı 3 futbolçu alacaq. Artıq klub rəhbərliyi baş məşqçinin komandada görmək istədiyi futbolçularla danışıqlara başlayıb.
