Azərbaycan kubokunun yarımfinal mərhələsində bu gün keçirilən “Neftçi” – “Qəbələ” ilk oyununda (1:1) FİFA referisi Əliyar Ağayev kobud səhvə yol verib.
Korner.az-ın məlumatına görə, matçında 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay qapıçı ilə təkbətək epizodda olarkən “Neftçi”nin qolkiperi Aqil Məmmədov ona qarşı kobudluq edib.
Oyunun videosundan göründüyü kimi həmin epizodda penalti olsa da, hakim səhv qərar verib. O, bu epizodu simulyasiya kimi qiymətləndirib və Qayı sarı vərəqə ilə cəzalandırıb.
