“Biz olduqca nikbinik. Hər zaman azarkeşlərimizə güvənmişik. İstər ölkə çempionatında, istərsə də kubok oyunlarında onların bizə çox yardımı olub”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Pyast”ın baş məşqçisi Marçin Broş deyib.
Qliviçe təmsilçisinin çalışdırıcısı “Qarabağ”la oyunda da fanatlara güvənir: “İyulun 25-də “Qarabağ”la keçiriləcək oyunda azarkeşlərə ehtiyacımız olacaq. Əminəm ki, onların dəstəyi sayəsində “Qarabağ” səddini keçərək yolumuza davam edəcəyik”.
