Polşanın “Pyast” klubunun meneceri Boqdan Vilk sabah Avroliqa matçında "Qarabağ"la oyunda üzləşəcəkləri çətinlikləri açıqlayıb.
Korner.az-ın məlumatına görə, Qlivize təmsilçisininm rəsmisi hava şəaritindən gileylənib:
“Qarabağ” bir neçə il öncə Avropa Liqasında Polşa təmsilçisini kənarlaşdırıb. Buna görə də rəqibimizə ciddi yanaşırıq. Bundan əlavə, bir az istidən qorxuruq. 30 dərəcədən artıq isti bizim düşmənimiz olacaq. Bununla belə, biz idman mübarizəsini gücümüzü yoxlamağa hazırıq. Yaxında Macarıstan toplanışımızda Rusiyanın “Amkar” klubu ilə keçirdiyimiz yoxlama oyununda 2:3 hesabı ilə uduzduq. Ruslar azərbaycanlılarla oyun öncəsi ideal variant idi. Buna görə də nə gözlədiyimizi bilirik”.
