Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşanın "Pyast" klubu dəstəksiz qalmayacaq.
Korner.az-ın məlumatına görə, Qiliviçe təmsilçisini Tofiq Bəhrəmov adına Respublika stadionunda 100-ə yaxın polşalı fanat dəstəkləyəcək. İyulun 18-də keçiriləcək qarşılaşmaya Polşadan məhz bu sayda azarkeşin ölkəmizə gəlməsi gözlənilir.
