Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış olimpiya oyunlarının kişilər arasında xokkey yarışına yekun vurulub.
Həlledici görüşdə Rusiya ilə Almaniya üz-üzə gəlib. Heç kimin gözləmədiyi halda finala kimi irəliləyən almanların uğurlu seriyası həlledici görüşdə qırılıb. Əsas vaxtı 3:3 (1:0, 0:1, 2:2) hesablı heç-heçə ilə nəticələnən görüşün əlavə vaxtında daha bir dəfə fərqlənən ruslar çempion olub.
Xatırladaq ki, Rusiya millisi dopinq qalmaqalına görə olimpiadaya buraxılmadığından, şimal ölkəsi dördilliyin ən nəhəng idman yarışında Rusiyadan olan Olimpiya Atletləri adı ilə, olimpiya bayrağı atında iştirak edib.
