“Barselona”nın keçmiş kapitanı və hazırkı rəsmisi Karles Puyol komandaya transfer olunması gözlənilən uruqvaylı futbolçu Luis Suares haqda danışıb.
Korner.az-ın “El Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Puyol Suaresin möhtəşəm oyunçu olduğunu bildirib:
“Suares möhtəşəm futbolçudu. Meydanda hərəkətlərinə diqqət yetirsə yaxşı olar. Futbolçu meydançada özünü ələ almağı bacarmalıdı. Daha öncə ona qarşı oynamışam. Onlara minlərlə insan baxır, uşaqlar isə futbolçuları təqlid etmək istəyirlər”.
