Putin millini “söhbət”ə çağırdı
08.07.2018 , 15:47

Rusiyanın Prezident Vladimir Putin DÇ-2018-in 1\4 finalında Xorvatiyaya uduzaraq Çempionatı tərk edən milli komandanı görüşə dəvət edib
Bu haqda prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, bununla bağlı dəvəti dövlət başçısı özü şəxsən Çerçesovla son telefon danışığı zamanı ona çatdırıb. Dəvətin məqsədi isə mundialdakı oyunların müzakirəsidir.
Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya uduzaraq (2:2, penaltilər seriyasında 3:4) DÇ-2018-lə vidalaşıb.
