Bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, Avropa Liqasında yoluna uğurla davam edən “Qarabağ”ın rəqibi də məhz bu gün məlum olacaq. Belə ki, Bakı vaxtı ilə saat 14:45-də Çempionlar Liqasının, bir saat sonra (saat 16:00-da) Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Püşkatma NTV, “NTV Spor” və “Eurosport” kanallarında canlı yayımlanacaq.