“Puşkaş” mükafatının qalibi məlum oldu
18.12.2024 , 09:50
2024-cü il üzrə “Puşkaş” mükafatının qalibi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Mançester Yunayted”in argentinalı hücumçusu Alehandro Qarnaçodur.
Onun İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.