“Puşkaş mükafatı”na kimlər namizəd seçilib?
13.11.2025 , 23:37
FİFA ötən mövsümün ən gözəl qollarını açıqlayıb. Beynəlxalq Futbol Federasiyası “Puşkaş mükafatı” üçün namizədlərin siyahısını təqdim edib.
Korner.az xəbər verir ki, siyahıya 11 avqust 2024-cü ildən 2 avqust 2025-ci ilədək vurulan qollar daxil edilib.
Qalibi azarkeşlər və mütəxəssislər birlikdə seçəcək.
Namizədlər və qolları:
Alerrandro – 19 avqust 2024, “Vitoriya” – “Kruzeiro”
Kevin Rodriqes – 9 fevral 2025, “Rizespor” – “Kasımpaşa”
Rizki Ramadani – 9 mart 2025, “Arema” – “Persiciya”
Deklan Rays – 8 aprel 2025, “Arsenal” – “Real”
Karlos Orrantiya – 16 aprel 2025, “Keretaro” – “Atlas”
Amr Nasser – 17 aprel 2025, “Əl-Əhli” – “Farko”
Santiago Montyel – 11 may 2025, “İndependyente Rivadavya” – “İndependyente”
Lamin Yamal – 15 may 2025, “Barselona” – “Espanyol”
Lukas Ribeyro – 21 iyun 2025, “Borussiya” – “Mamelodi Sandauns”
Alessandro Deyola – 18 may 2025, “Kalyari” – “Venesiya”
Pedro de la Vega – 31 iyul 2025, “Krus Asul” – “Sietl Sonders”