Püşk “Real” və “Atletiko”nu üz-üzə qoydu
09.01.2024 , 11:23

İspaniya kubokunda Madris derbisi yaşanacaq.
Korner.az-ın məlumatına görə, kubokun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib və Madridin iki əzəli rəqibi – “Real” – “Atletiko” bu mərhələdə bir-birinə rəqib olublar.
İspaniya kubokunda 1/8 finalın cütlükləri aşağıdakı kimidi:
“Unionistas de Salamanka” – “Barselona”
“Tenerife” – “Malyorka”
“Xetafe – “Sevilya”
“Osasuna” – “Real Sosyedad”
“Valensiya” – “Selta”
“Atletik” – “Deportivo”
“Atletiko” – “Real”
“Jirona” – “Rayo Valyekano”
Qeyd edək ki, görüşlər 16,17,18 yanvar tarixlərində keçiriləcək.
