Bakıda keçirilən Bakı Şahmat Olimpiadasının ilk turunun püşkü atılıb.
Korner.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək.
Püşk Azərbaycan-2-yə Mozambiki, Azərbaycan-3-ə Papua Yeni Qvineyanı qismət edib.
Qadınlardan ibarət Azərbaycan-1 komandası isə start matçını Nikaraquaya qarşı keçirəcək. Azərbaycan-2-nin rəqibi Yaponiya olacağı halda, Azərbaycan-3 Lesoto ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, ilk tur bu gün saat 15:00-da başlayacaq.
