big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Pulumuz yoxdu, kişiliyimiz ki var” – Nizami Hacıyev

26.10.2017 , 09:48

“İnter”in kapitanı Nizami Hacıyev zədəsini sağaldıb. Təcrübəli oyunçu Topaz Premyer Liqasının X turunda “Kəpəz”lə ev matçında meydana çıxa biləcək. Bu barədə “FutbolPress”ə açıqlamasında futbolçu özü məlumat verdi. O bildirdi ki, bir neçə gündü komandayla birgə məşq edir və artıq oynamağa tam hazırdı:

“Zədə üzündən xeyli vaxt komandadan ayrı qaldım. Amma indi özümü yaxşı hiss edirəm. Hər hansı ağrı qalmayıb. Bir neçə gündü komandayla birgə məşqə çıxıram. Özümü meydana çıxmağa hazır sayıram. Baş məşqçimiz şans versə, ayın 28-də “Kəpəz”ə qarşı oynaya bilərəm. Meydana çıxıb bir kapitan kimi komandaya bacardığım köməyi etmək istəyirəm”.

“İnter” “Kəpəz”lə oyuna yeni adla – “Keşlə” kimi çıxacaq. Bir müddətdi bununla bağlı aparılan işlər artıq yekunlaşıb. Kapitan klubdakı bu dəyişikliyə münasibət bildirdi:

“Bunu çox qlobal qəbul etməməliyik. Normal qarşılamaq lazımdı. Əlbəttə ki, mən buna görə heyfsilənirəm, ancaq vəziyyəti dəyişmək gücündə deyilik. “İnter” mənim üçün xüsusi əhəmiyyətli klub idi. Bu komandaya görə çox şeydən keçmişəm, çox təkliflərdən imtina etmişəm. İndi “İnter” yoxdu, əvəzində “Keşlə” var. Eyni komandadı, sadəcə adı dəyişilir. Bunun elə böyük təsiri olmamalıdı. Rəhbərliyin verdiyi qərara hörmətlə yanaşmalıyıq. Müqavilə əsasında oynayan futbolçuyam, ancaq açığı, “İnter” adına çox öyrəşmişdik”.

Hacıyev klubdakı maliyyə problemləriylə bağlı da məlumat verdi. O, bununla əlaqədar işlərin görüldüyünü, vəd verildiyini, ancaq çətinliklərin davam etdiyini söylədi:

“Rəhbərlik maliyyə ilə bağlı problemləri yoluna qoymağa çalışır. Bununla bağlı vədlər verirlər. Yavaş-yavaş düzələcəyinə inanırıq. Amma problemlər davam edir. Pul problemi var, forma problemi var, maaş problemi var, stadion problemi var… Ancaq bilirsiz, mən həmişə demişəm ki, bir insan gördüyü işin müqabilində maaş alıb-almamasından asılı olmayaraq, onu görməyi boynuna götürübsə, ya adına layiq axıradək eləməlidi, ya da çıxıb getməlidi. Biz əlimizdən gələni etmək yolunu seçmişik. 3 ildi ki, “İnter” acınacaqlı vəziyyətdədi. Çox şeylərlə üzləşmişik. Meydana çıxırıqsa, kişi kimi oynamalıyıq. Pulumuz yoxdu, kişiliyimiz ki var. Çətinlik çəkəndə ailəmiz bizdən üz döndərib getmir ki… Nə qədər çətin olsa da, mərdliyimizi göstərib, meydanda bütün gücümüzü qoymalıyıq. Ya da ümumiyyətlə meydana çıxmamalıyıq. Bunu komanda yoldaşlarımla da, rəhbərliklə də müzakirə etmişik. Çətinlikləri qarşımıza alıb, sonadək oynamağa hazırıq”.

Həmsöhbətimiz “Sonuncu dəfə hansı ayın maaşı verilib?” sualını belə cavablandırdı:

“İnanırsız, bilmirəm. Yəni pul verilib, amma dəqiq bilmirəm ki, hansı ay verildi, hansı qaldı. O qədər qarışıq vəziyyət yaranıb ki… Ancaq yaxşı olacağını hiss edirəm elə bil. Arada əsəbləşirəm ki, daha oynamayacam, meydana çıxmayacam. Amma səhər yuxudan durub deyirəm, yox, məşqə getmək lazımdı, axı mənim adım-sanım var. Hər şey pul deyil. Qazandığım hörməti itirmək istəmirəm. Fikir verirdiz, Prosineçkinin məni milliyə çağırmadığı vaxtlar mətbuat hər siyahı açıqlananda adımın olmamasıyla bağlı yazırdı. Bu, mənim üçün ən böyük xoşbəxtlikdi. Belə şeylərdi oynamaq üçün təkan verən”.

Hacıyev “Neftçi”nin transfer gündəmində olması barədə bunları söylədi:

“Hazırda real heç bir təklif yoxdu ki, bu qədər pul veririk, yanvarda səni komandada gözləyirik. Futbolçu karyerası qısadı. Ona görə hərtərəfli götür-qoy etmək, düzgün qərar vermək lazımdı. Bilirəm ki, “Neftçi”dən mənlə maraqlanırlar. Yanvara qədər “İnter”də olduğum dəqiqdi. Həmin vaxt komandanın da transfer qadağası bitir. “Neftçi”dən real təklif gəlsə, baş məşqçi, prezident səviyyəsində müzakirə etməyə hazıram. “Neftçi”yə də uğurlar arzulayıram. Tərlan Əhmədovun gəlişindən sonra xeyli artırıblar. Ardıcıl qələbələr qazanırlar. Belə getsə, komanda son zamanlar düşdüyü çətin vəziyyətdən çıxacaq.”.

Son yazılar

To Top