Pulu seçən daha bir ulduz – Hamşik Çinə yollanır
05.02.2019 , 10:33

“Napoli”nin kapitanı Marek Hamşik karyerasını Çində davam etdirəcək. Bu barədə “Sky Sports Italia” nəşri məlumat verib.
Mənbənin yazdığına görə, Hamşik “Dalen İfan” komandası ilə 3 illik müqavilə imzalayıb. Futbolçu ilinə bonuslar və 9 milyon avro qazanacaq.
“Napoli” tərəfi isə bu transferdən 15 milyon avro qazanıb
