Pulişiç klubunu dəyişir?
18.11.2025 , 16:15
ABŞ yığmasının və “Milan” klubunun yarımmüdafiəçisi Kristian Pulişiçin İngiltərə Premyer Liqasına keçidi gündəmdədir.
Korner.az xəbər verir ki, amerikalı futbolçuya “Mançester Yunayted” və “Aston Villa” maraq göstərir.
27 yaşlı vingerin “Milan”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır və tərəflər hələlik yeni sözləşmə ilə bağlı danışıqlara başlamayıb. Pulişiçin transfer dəyərinin təxminən 60 milyon avro olduğu bildirilir.
O, cari mövsümdə A Seriyasında 7 oyun keçirərək 4 qol və 2 qol ötürməsi ilə yadda qalıb.