PSV-də baş məşqçi istefası
16.12.2019 , 14:24

Hollandiya Erediviziyasında uğursuz çıxışını davam etdirən PSV-də baş məşqçi Van Bommel istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, Eyndhoven təmsilçisi Van Bommelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, Van Bommel 2018-ci ilin yayından PSV-ni çalışdırırdı.
