“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını Fransada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, onunla PSJ yaxından maraqlanır. Paris klubu təcrübəli futbolçuya 5 illik müqavilə və ümumilikdə 40 milyon avro təklif etməyə hazırlaşır. Bu məbləğ Pyaniçin “Yuventus”da qazandığından 2 dəfə çoxdur.
Ancaq futbolçu Turin klubunu tərk etmək istəmir. Elə “qoca sinyora” da aparıcı üzvünü buraxmaq niyyətində deyil. “Yuventus” rəhbərliyi yalnız 50 milyon təzminat ödəniləcəyi təqdirdə Pyaniçi buraxa biləcəyini açıqlayıb.
