PSJ yeni transferi üçün hazırlaşır
07.08.2023 , 21:45

PSJ yeni transferini həyata keçirməyə yaxındır.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Benfika”dan Qonsalo Ramosu transfer edəcək.
Bu barədə jurnalist Fabriso Romano məlumat yayıb.
Futbolçunun Parisə getdiyi, tibbi yoxlanışdan sonra tərəflər arasında müqavilə imzalayacağı bildirilir.
