PSJ yarımmüdafiəçisini 40 milyona satır
08.12.2018 , 13:14

PSJ-nin yarımmüdafiəçisi Adrian Rabio qış transfer pəncərəsində klubundan ayrıla bilər. 23 yaşlı fransalı həmin vaxta qədər müqaviləsini uzatmasa, parislilər onu 40 milyon avroya satacaq.
Çünki 2019-cu ilin yayında futbolçu azad agent statusu alacaq. Rabionun xidmətində bir neçə klub maraqlıdı. “Barselona” və “Yuventus”un fransalıların tələb etdiyi məbləği ödəməyə hazır olduğu bildirilir.
