PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Fransa Liqasının 35-ci turunun təxirə salınan “Bordo” ilə oyununda zədələnib.
Korner.az-ın məlumatına görə, görüşdə hesabı açan isveçli forvard 71-ci dəqiqədə əvəzlənib.
34 yaşlı futbolçunun durumu haqda danışan PSJ-nin baş məşqçisi Loran Blan bunları deyib: “İbrahimoviç ayağında ağrı hiss etdi. Bu onu narahat etsə də, oynamaq istəyirdi. Lakin İbrahimoviçin “Avro-2016″da İsveç millisi üçün önəmini nəzərə alaraq onu riskə atmadıq”.
