PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Avropa nəhənglərinin gündəmindən düşmür.
Korner.az-ın məlumatına görə, Paris təmsilçisi də ulduz futbolçunun gedişinə qarşı deyil.
Ancaq fransızlar onu almaq istəyən klubun 80 milyon avro xərcə düşməli olduğunu bəyan ediblər. 24 yaşlı oyunçunun xidmətində ən çox maraqlı olan klublar isə “Barselona”, “İnter” və “Yuventus”du.
