PSJ ulduz futbolçunu transfer edir
09.01.2025 , 20:21
PSJ sürpriz transferə imza atmağa hazırlaşır.
Korner.az xəbər verir ki, Paris nəhəngi “Napoli”dən Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, Fransa klubunun gürcü futbolçu ilə müqavilə danışıqlarına başladığı bildirilib.
Transferin 80 milyon avro civarında qonorarla reallaşacağı diqqətə çatdırılıb.