PSJ üçün ciddi itki: Neymar zədələndi
24.01.2019 , 12:12

PSJ-nin ulduzu Neymar sıradan çıxıb.
Braziliyalı hücumçu ölkə kubokunun 1/16 final mərhələsində “Strasburq”la görüşdə zədələnib. 62-ci dəqiqədə zədələnən futbolçu meydanı göz yaşları içində tərk edib. Onun son durumu hələlik açıqlanmayıb.
Qeyd edək ki, Paris klubu matçda 2:0 hesablı qələbə qazanıb.
