PSJ Tuxelin göndərildiyini rəsmən açıqladı
29.12.2020 , 14:37
Fransanın PSJ klubu baş məşqçi Tomas Tuxelin göndərildiyini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub Tuxellə müqaviləni ləğv etdiyini açıqlayıb.
2018-ci ildən PSJ-ni çalışdıran Tuxelin rəhbərliyi altında komanda keçirdiyi 127 oyunda 95 qələbə qazanıb. Tuxellə iki dəfə Liqa 1-in qalibi olan Paris klubu, keçən mövsüm Çempionlar Liqasının finalına yüksəlib.