PSJ Tuhelin müqavilə müddətini artırır
08.03.2019 , 17:20

Fransanın PSJ klubu hazırki baş məşqçisi Tomas Tuhel ilə yola davam edəcək.
Çempionlar Liqasında əldə olunan uğursuz nəticəyə baxmayaraq klub rəhbərliyi ondan razıdır. Fransızlar almaniyalı çalışdırıcının iş vaxtını 2022-ci ilin yayına qədər uzatmaq niyyətindədir.
Qeyd edək ki, Tuhel 2018-ci ilin may ayından PSJ klubunu çalışdırır.
