PSJ səfərdə “Lion”u məğlub etdi və liderliyini qorudu – VİDEO
10.11.2025 , 09:45
Fransa Liqa 1-də XII tura yekun vurulub.
Korner.az xəbər verir ki, turun son matçında PSJ səfərdə “Lion”un qonağı olub. Gərgin keçən qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə nəticələnib – 3:2.
Qalib tərəfin heyətində Zair-Emeri (26), Kvaraçxeliya (33) və J.Neves (90+5) fərqləniblər. Ev sahiblərinin qollarını isə A.Moreyra (30) və Meytlend-Naylz (50) vurublar.
Bu nəticədən sonra PSJ xalını 27-yə yüksəldərək turnir cədvəlinin zirvəsində yer alır.
“Lion” – PSJ – 2:3
Qollar: A.Moreyra, 30; Meytlend-Naylz, 50 – Zair-Emeri, 26; Kvaraçxeliya, 33; J.Neves, 90+5.