PSJ qolkiperi ilə davam edəcək
23.06.2025 , 14:00

PSJ qapıçısı Canluici Donnarummanın müqaviləsinin müddətini yeniləyəcək.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, hazırda Paris təmsilçisi italiyalı qolkiperlə yeni sözləşmə üçün danışıqlar aparır.
Donnarumma özü də Fransa nəhəngində qalmağı düşünür.
Tərəflər arasında yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.
