PSJ gənc qolkiper üçün onların qapısını döyəcək
03.03.2025 , 22:30

PSJ-nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Lill”in qolkiperi Lukas Şevalyenin xidmətində maraqlıdır.
Fransa nəhəngi yaxın zamanda 23 yaşlı qapıçı üçün rəsmi təklif göndərməyi planlaşdırır.
PSJ-dən başqa Şevalye “Qalatasaray” və “Milan”nın diqqət mərkəzindədir.
Oyunçunun hansı kluba keçəcəyi isə hələlik məlum deyil. Gənc qolkiper qərar verməkdə tələsməyəcək.
