PSJ pulsuz yemək paylayır
17.04.2020 , 19:49

PSJ koronavirusa mübarizə çərçivəsində tibbi işçilərinə pulsuz yemək paylayır.
Korner.az xəbər verir ki, gündə 1200 nəfərlik yemək 60 könüllü vasitəsi ilə Parisdəki xəstəxanlara verilir. Bu barədə klubun rəsmi məlumat yayıb.
Klub bugünə kimi 7 fərqli xəstəxanaya 5 min qab yemək payladığını və bu rəqəmin kampaniyanın sonuna kimi 25 minə çatacağını bildirib.
