Fransanın “PSJ” komandası “Çelsi”nin bir nömrəli qolkiperi Petr Çexə göz dikib.
Korner.az xəbər verir ki, ingilis klubu Çexi satacağı təqdirdə “Atletiko”da forma geyən, lakin “Çelsi”yə məxsus olan belçikalı qapıçı Kurtuanı komandaya geri qaytaracaq.
