PSJ onunla davam dedi
17.12.2025 , 18:00
PSJ gənc vinger İbrahim Mbayeyə etimadını nümayiş etdirib.
Korner.az xəbər verir ki, klub 17 yaşlı futbolçunun müqaviləsindəki uzatma şərtini aktivləşdirərək, onun sözləşməsini 2028-ci ilin yayına qədər uzadıb.
Xatırladaq ki, onun əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Mbaye artıq PSJ-nin əsas komandasında 30 matça çıxıb.
17 yaşlı hücumçu PSJ forması ilə 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qallb.