PSJ ölkə kubokunda qazandığı məbləğdən imtina edib
07.01.2019 , 20:49

Fransanın PSJ klubu ölkə kubokunda qazandığı məbləğdən imtina edib.
Korner.az Report-a istinadən xəbər verir ki, 1/32 finalda “Pontivi”ni 4:0 hesabı ilə məğlub edən Paris təmsilçisi komandaya çatacaq olan 120 min avronu almaq istəməyib.
Bildirilib ki, qərar PSJ-nin prezidenti Nasser Əl-Xelaifi tərəfindən verilib. Həmin məbləğ isə “Pontivi” klubuna çatıb.
Pontivi klubu 1935-ci ildə yaradılıb və ölkənin beşinci divizionunda çıxış edir. Komanda ev oyunlarını 3200 azarkeş tutumu olan bələdiyyə stadionunda oynayır.
Qeyd edək ki, PSJ-nin 1/16 final mərhələsindəki rəqibi yanvarın 23-də müəyyənləşəcək. Həmin raundun oyunları 5, 6 fevralda keçiriləcək. PSJ ardıcıl 4 dəfə ölkə kubokunun sahibi olub.
