PSJ “Nyukasl”dan futbolçu transfer edir
24.12.2024 , 10:00
PSJ-nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Paris təmsilçisi hücum xəttini “Nyukasl”da çıxış edən Aleksander İsakla gücləndirməyi düşünür.
Klub rəhbərliyi isveçli hücumçunun keçidi üçün 100 milyon avro ödəməyə hazırdır.
Fransa nəhəngi yanvar ayında 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayacaq.