Gələn mövsüm ÇL- turnirində böyük uğurlar qazanmaq istəyən PSJ – nin baş məşqçisi Karlo Ancelotti "Napoli"nin futbolçusu Lavezzini sıralarına qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, klubun çalışdırıcısı Lavezzi ilə maraqlandıqlarını təsdiqləyib. Paris təmsilçisinin yaxın günlərdə argentinalıya təklif göndərəcəyi yayılan xəbərlər arasındadır.
Qeyd edək ki, PSJklubu bundan əvvəl Pato, Tevez, Kaka, İquain kimi futbolçuları sıralarına qtamaq istəmiş lakin bu keçidlər baş tutmamışdı.
