PSJ-nin ulduzu rəsmən “Fənərbağça”da!
30.01.2025 , 21:30

“Fənərbağça” PSJ-nin futbolçusu Milan Şkrinyarı transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı slovakiyalı müdafiəçi Türkiyə klubuna icarə əsasında keçib. Onunla mövsümün sonuna qədər sözləşmə imzalanıb.
