PSJ-nin sabiq baş məşqçisinin yeni iş yeri müəyyənləşib
10.01.2019 , 17:23

Fransanın “Dijon” klubunun yeni baş məşqçisi açıqlanıb.
Komanda Antuan Kombuareyə tapşırılıb. 56 yaşlı mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə bağlanılıb. Fransalı məşqçi bu postda Olivye Dall Ollyunu əvəzləyib.
Qeyd edək ki, Antuan Kombuare 2009 – 2011-ci illərdə PSJ-nin baş məşqçisi olub. O, son olaraq ölkəsinin “Genqam” klubunda işləyib. “Dijion” Fransa çempionatında 16 xalla 18-ci pillədə qərarlaşıb.
