PSJ-nin qapıçısı klubunu dəyişir
08.05.2025 , 13:30

PSJ-nin qapıçısı Canluici Donnarumma klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, 25 yaşlı qolkiper Paris təmsilçisi ilə müqaviləsini yeniləmək istəmir.
Donnarumma karyerasını İtaliyada davam etdirməyə yaxındır. Oyunçu ilə “İnter” yaxından maraqlanır.
Təcrübəli qolkiperin klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilə qədər qüvvədədir.
