PSJ-nin qapıçısı ağır zədələndi – FOTO
19.12.2024 , 12:00
PSJ-nin qapıçısı Canluici Donnarumma ağır zədələnib.
Korner.az xəbər verir ki, italiyalı qolkiper Liqa 1-in 16-cı turunun “Monako” ilə səfər matçında sıradan çıxıb.
25 yaşlı futbolçu rəqib futbolçu Vilfrid Sinqo ilə toqquşaraq başından ciddi xəsarət alıb.
Oyunu davam etdirirə bilməyən təcrübəli qapıçının üzünə 25 tikiş qoyulub.