PSJ-nin oyunçusu “Arsenal”ın hədəfində
09.01.2025 , 16:36
“Arsenal”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “topçular” PSJ-nin yarımmüdafiəçisi Li Kanq İnlə maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
23 yaşlı futbolçunu Paris təmsilçisi buraxmaq fikrində deyil.
“Arsenal” cənubi koreyalı oyunçunun keçidi üçün əlindən gələni edəcək.