PSJ-nin müdafiəçisi “Qalatasaray”a keçir?
10.06.2025 , 23:00

PSJ-nin oyunçusu Milan Şkrinyar “Qalatasaray”ın transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin slovakiyalı müdafiəçi üçün Paris klubu ilə ilkin əlaqə yaratdığı bildirilib.
Fransa nəhəngi isə futbolçu üçün qarşı tərəfdən 10 milyon avro tələb edib.
Xatırladaq ki, Şkrinyar mövsümün ikinci yarısından icarə əsasında “Fənərbağça”da çıxış edib.
