PSJ-nin Gündoğan həmləsi
09.06.2023 , 11:29

Lionel Messi və Serxio Ramos ilə yollarını ayıran PSJ yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Mançester Siti” ilə müqaviləsi başa çatacaq İlkay Gündoğanla maraqlanır.
Bu barədə “L”Equipe” məlumat yayıb.
Digər tərəfdən, “şəhərlilər”in 32 yaşlı futbolçusu ilə müqavilə yeniləməsi gözlənilir.
Mina Musayeva
