PSJ-nin futbolçusuna 3 oyunluq cəza
Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Tiaqo Mottanı cəzalandırıb
Buna onun ölkə çempionatının 31-ci turunda “Anje”ilə matçda rəqib futbolçu Tom Romenə qarşı kobud oyunu səbəb olub. Bu hərəkətinə görə qırmızı vərəqə alan 35 yaşlı yarımmüdafiəçi 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, PSJ – “Anje” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
