Fransanın PSJ klubu yeni transferi Neymarı ictimaiyyətə təqdim edib.
Təqdimat mərasimi Parisin “Park de Prens” stadionunda baş tutub.
Qeyd edək ki, braziliyalı hücumçu PSJ ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün Fransa klubu “Barselona”ya 222 milyon avro təzminat ödəyib. Beləliklə, Neymar dünyanın ən bahalı oyunçusu olub.
