PSJ Navasla müqaviləni yenilədi
27.04.2021 , 18:55

PSJ futbolçusu Keylor Navasın müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paris təmsilçisi 34 yaşlı qapıçı ilə 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Navas 2019-cu ildən PSJ-də çıxış edir.
