PSJ “Milan”dan qapıçı gətirir
13.02.2025 , 23:30

PSJ-nin qapıçısı Canluici Donnarumman Paris nəhəngindən ayrıla bilər.
Korner.az xəbər verir ki, Fransa klubu yeni mövsüm üçün qolkiper axtarışına çıxıb.
I Liqa təmsilçisi axtardığı əlcək sahibini İtaliyada tapıb.
Belə ki, PSJ-nin “Milan”da çıxış edən Mayk Menyanla maraqlandığı iddia olunur.
Klub rəhbərliyi fransalı qolkiperi yayda transfer etməyi planlaşdırır.
Menyanın keçidi baş tutarsa, Donnarumman yayda PSJ-ni tərk edəcək.
