PSJ Messinin klubdan ayrılması xəbərini yalanladı
02.06.2023 , 12:47

PSJ Lionel Messinin komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi baş məşqçisi Kristof Qaltyenin səsləndirdiyi fikirləri təkzib edib.
Klubun açıqlamasına görə, 57 yaşlı mütəxəssisin vəziyyəti düzgün ifadə etmədiyini bildirib:
“O, “Klermon”la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub”.
