PSJ Messini komandadan kənarlaşdırdı
02.05.2023 , 23:23

PSJ Messini iki həftəlik heyətdən kənarlaşdırıb.
Korner.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Xəbərdə, Messinin iki həftə məşq və matçlarda iştirak etməyəcəyi bildirilib.
Həmçinin futbolçuya 2 həftəlik maaş da verilməyəcəyi qeyd olunub.
