PSJ Messi ilə bağlı qərarını verdi
08.05.2023 , 09:38

PSJ müqaviləsi mövsümün sonunda başa çatacaq Messi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi ulduz futbolçunu göndərmək istəmir.
Klub hesab edir ki, Çempionlar Liqasını qazanmaq üçün argentinalı ulduz komandada qalmalıdır.
Lionel Messi bu mövsüm 37 oyunda 20 qol vurub və 19 məhsuldar ötürmə edib.
